Britaniyalılara gecələr pərdələri bağlamaq və pəncərələri izolyasiya etmək tövsiyə olunub.
Böyük Britaniyanın İqlim Dəyişikliyi Komitəsinin sədri Con Qammer bununla bağlı sakinlərə çağırış edib.
Onun sözlərinə görə, bu, evi isti saxlamaq və elektrik enerjisinə qənaət üçün vacibdir.
Qammer həmçinin Maliyyə Nazirliyinin kansleri Ceremi Hanta məktub göndərərək, Britaniya xalqını elektrik enerjisi ödənişlərini azaltmağın yolları ilə bağlı maarifləndirmək üçün ictimai kampaniyaya çağırıb.
Qeyd olunur ki, Qammer su anbarlarının istilik izolyasiyası ideyasını irəli sürməyi, həmçinin binalarda quraşdırılmış qazanxana şəbəkəsinə daxil olan suyun temperaturunu endirməyi təklif edib. İqlim dəyişikliyi komitəsinin hesablamalarına görə, bu, xəzinədarlığın enerji dəstəyi tədbirlərində 34 milyon funt sterlinq (təqribən 66,19 milyon manat) qənaət etməsinə gətirə bilər.
Mənbə: The Daily Telegraph
www.RIA24.az