“Twitter”in yeni sahibi, sahibkar İlon Mask öz səhifəsində ABŞ-ın 45-ci prezidenti Donald Trampın hesabının yenidən açılıb-açılmaması ilə bağlı sorğu dərc edib.
Məlumata görə, artıq istifadəçilərin 52%-i eks-prezidentin səhifəsinin bərpasına səs verib. Sorğuda ümumilikdə 10 milyona yaxın insan iştirak edib.
“Keçmiş prezident Trampın hesabını bərpa edək. Xalqın səsi, Allahın səsidir”, – deyə Mask öz səhifəsində yazıb.
Reinstate former President Trump
— Elon Musk (@elonmusk) November 19, 2022
Xatırladaq ki, Donald Trampın “Twitter” hesabı 7 yanvar 2021-ci ildə etirazçıların Kapitol binasına girməsi ilə bağlı hadisələr fonunda qeyri-müəyyən müddətə qadağan edilib.
Trump poll getting ~1M votes/hour!
— Elon Musk (@elonmusk) November 19, 2022
www.RIA24.az