Rusiyanın “Roskosmos” dövlət korporasiyasının kosmonavtları Sergey Prokopyev və Dmitri Petelin Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq kosmosa çıxacaqlar.
Bu, hazırkı ekspedisiya zamanı ikinci belə hal olacaq.
Məlumata görə, onlar radiator-istilik dəyişdiricisini “Rassvet” kiçik tədqiqat modulundan “Nauka” çoxməqsədli laboratoriya moduluna köçürəcəklər. Astronavtlar ERA distant manipulyatorundan istifadə edəcəklər.
Əməliyyat, ilkin məlumatlara görə, 6 saat 37 dəqiqə davam edəcək.
Mənbə: Gazeta.ru
www.RIA24.az