Belçika millisi “böhran iclası” keçirərək futbolçular arasında yaranan münaqişələri həll etməyə çalışıb.
Belə ki, milli komandanın soyunub-geyinmə otağında çox pis ab-hava hökm sürür, bəzi futbolçular bir-biri ilə ünsiyyətdən imtina edirlər.
Məsələn, Kevin de Brüyne və Tibo Kurtua bir neçə ildir şəxsi səbəblərdən bir-birini görməzliyə vururlar.
Eden Azar və Leandro Trossard da bir-birləri ilə danışmırlar.
Bundan başqa, Romelu Lukaku ilə Mişi Batşuayi arasında da münaqişə var.
Bu yaxınlarda isə De Brüyne, Eden Azar və Yan Vertongen arasında böyük dava olub, Romelu Lukaku araya girərək birtəhər onları dayandırıb.
Qeyd edək ki, DÇ-2022-də Belçika yığması Kanadanı məğlub edib, lakin Mərakeşə uduzub və “F” qrupunda üç xalla üçüncüdür. Komanda qrup mərhələsinin son turunda Xorvatiya ilə qarşılaşacaq. Qarşılaşma dekabrın 1-də, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Mənbə: L’Équipe
www.RIA24.az