Rusiyada qəribə əməliyyat həyata keçirilib. Belə ki, qeysəriyyə zamanı qadın qarnından körpəsini özü çıxardıb.
Qeyri-adi tibbi prosedur Çelyabinskdə qeydə alınıb.
35 yaşlı üç uşaq anası (yeni doğulmuş uşaq daxil) İrina Jiqovaya qeyri-adi doğuşu həkimləri təklif edib.
Doğuşdan əvvəl ona qarnı açıq olan manekendə nə edilməli olduğu və körpəni hansı anda götürməli olduğu göstərilib, bundan sonra hərəkətlər məşq edilib.
Bununla belə həkimlər hər hansı hadisə baş verəcəyi təqdirdə dərhal müdaxilə etmək üçün hər ehtimala onun yanında olacaqlarına zəmanət veriblər.
Jiqovanın sözlərinə görə, əvvəlcə həkimlər körpəni bel nahiyəssindən götürürlər.
“Sonra sən uşağı tutursan, çıxarırsan və sinənin üstünə qoyursan. Bu, təxminən onu beşikdən çıxarmaqla eynidir. Texniki cəhətdən çətin deyil”, – deyə deyə Jiqova izah edib.
Ananın sözlərinə görə həmin an çox güclü emosiyalar yaşayıb.
“Xoşbəxt idim: hər şey arxada qaldı, qucağımda isə sağlam körpəm…” – deyə Jiqova bildirib.
Mənbə: Komsomolskaya Pravda
www.RIA24.az