“Backstreet Boys”un üzvü təcavüzdə ittiham edilir: “Dayanması üçün dəfələrlə yalvardım…” – FOTO/VİDEO

Maraqlı

Autizm və serebral iflicdən əziyyət çəkən amerikalı Şennon Rut “Backstreet Boys” qrupunun üzvü Nik Karterin onu zorladığı iddiası ilə məhkəməyə müraciət edib.

Təcavüzün illər öncə, özünün azyaşlı olduğu vaxt baş verdiyini iddia edən qadın 30 milyon dollar təzminat tələb edir.

İddiaya görə, qrupun 2001-ci ildə Vaşinqtonda verdiyi konsertdən sonra Karter avtoqraf üçün növbədə dayanmış qızı görüb və həmin vaxt 17 yaşında olan Rutu öz tur avtobusuna dəvət edib.

İddiaya görə, müğənni ona “VIP juice” adlı içki verib, sonra da cinsi təcavüz edib.

“Mən dayanması üçün ona dəfələrlə yalvardım. Bundan (təcavüzdən) sonra o məni hədələdi. O, həm də Nik Karter olduğu üçün insanları mənə qarşı çevirəcəyini və həyatımı məhv edəcəyini söylədi”, – deyə hazırda 39 yaşında olan Rut əlavə edib.

Bundan əlavə, Rutun vəkilləri bu hadisə nəticəsində qızın insan papillomavirusuna yoluxduğunu iddia edirlər.

Nik Karter isə fanatını zorladığına dair şayiələri təkzib edib.

“20 il əvvəl baş verdiyi deyilən hadisə ilə bağlı bu iddia nəinki hüquqi cəhətdən əsassızdır, həm də tamamilə həqiqətə uyğun deyil”, – deyə müğənninin vəkili Maykl Holtz bildirib.

Vəkil vurğulayıb ki, Rut bir neçə ildir ki, Karterə qarşı saxta ittihamlar irəli sürmək üçün manipulyasiya edilir.

Mənbə: New York Post

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir