Ukraynanın xarabazara çevrilmiş şəhərində sənət əsəri yaradan anonim rəssamın əl işləri – FOTO

Maraqlı

“Benksy” təxəllüslü məşhur anonim rəssam və siyasi fəal İrpinin fəxri vətəndaşı olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə şəhər meri Aleksandr Markuşin özünün “Facebook” səhifəsində xəbər verib.

Onun sözlərinə görə, qərar İrpin Şəhər Şurasının sessiyasında qəbul edilib.

“Rəssam Benksi İrpində raşistlər tərəfindən dağıdılmış evlərdən birinə öz qraffitisini qoyub, bununla da dünya ictimaiyyətinin diqqətini İrpinin dağıdılmasının miqyasına yönəldib və əsəri ilə İrpenin mübarizə tarixini, onun dirçəliş ideyasını əbədiləşdirib”, – deyə qərarda deyilir.

Qeyd edək ki, “Benksy” payızda Ukraynada yeddi qrafiti yaradıb. KİV-in məlumatına görə, o, Ukraynaya başqa adla, gizli şəkildə gəlib. Daha sonra onun “Instagram” səhifəsində ukraynalılara dəstək videosu yayılıb.

Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Aleksey Kuleba qeyd edib ki, Benksinin bölgədəki işi polisin mühafizəsi altındadır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir