Dünyaca məşhur “Drive” nəşri Türkiyənin yeni nəsil qırıcısının qeyri-adi xüsusiyyətindən yazdı – FOTO/VİDEO

Maraqlı

Türkiyənin qabaqcıl beşinci nəsil “TF-X” qırıcısının kabinə fənəri qarşısında infraqırmızı axtarış və izləmə sisteminin sensoru, burun hissəsinin altında isə elektro-optik yönləndirmə sistemi quraşdırılıb.

“Stels” təyyarənin qeyri-adi xüsusiyyətinə “Drive” nəşri diqqət çəkib.

Nəşrdə qeyd edilir ki, hazırda elə bir müasir döyüş təyyarəsi yoxdur ki, bu sensorlar bir-birindən ayrı olsun.

“TF-X” – Türk Aerokosmik Sənayesi (TUSAŞ – “Turkish Aerospace Industries”) tərəfindən hazırlanmış beşinci nəsil reaktiv döyüş təyyarəsi layihəsidir. Qırıcının ilk uçuşunun bu il həyata keçirilməsi planlaşdırılır. Milli döyüş təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələrinin inventarındakı köhnə “F-4” və “F-16” təyyarələrini əvəz edəcəyi gözlənilir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir