Rusiyanın Kostroma vilayətində yolda baş verən qorxunc hadisə görənləri heyrətə gətirir. Kadrlar zərərçəkənin maşınının kamerası tərəfindən qeydiyyata alınıb. Videoda görünür ki, qarşı tərəfdən gələn TIR-ın üstündən qopan iri buz parçası saatda 100 km sürətlə hərəkət edən avtomobilə dəyir və onun alın şüşəsindən içəri girir.
Avtomobildə bir ailənin beş üzvü olub, onların hamısı möcüzəvi şəkildə sağ qalıblar.
Ancaq qəza xəsarətsiz ötüşməyib: Kişinin başı yarılıb, üçyaşlı qızın üzü kəsilib.
Mənbə: News.ru
www.RIA24.az