Avropada benzini kim neçəyə alır? – QİYMƏTLƏR + FOTO

Maraqlı

“Forummapping” cari ilin yanvarın 9-na Avropa ölkələrində benzinin qiyməti ilə bağlı infoqrafika hazırlayıb. Məlum olub ki, ən ucuz benzin Rusiya və Belarusdadır. Bu ölkələrdə benzinin bir litrinin qiyməti müvafiq olaraq 0,71 və 0,91 dollardır (təqribən 1,20 – 1,54 manat).

Türkiyə və Moldovada qiymətlər artıq 1 dolları keçir: 1,03 və 1,24 (1,75 – 2,10 manat).

Ukrayna, Rumıniya, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina, Sloveniya və Kiprdə benzinin bir litrinin qiyməti 1,31-1,47 dollar (2,22 – 2,49 manat) arası dəyişir.

Estoniya, Latviya, Litva, Polşa, Çexiya, Slovakiya, Avstriya, Macarıstan, Xorvatiya, Serbiya, Albaniya, Monteneqro, Lüksemburq, İrlandiya, İspaniyada benzinin litri 1,50 -1,72 dollar (2,55 – 2,92 manat) dəyərindədir.

Böyük Britaniya, İsveç, Portuqaliya, Estoniya, Fransa, Belçika, Niderland, Almaniya, İsveçrə, İtaliya, Yunanıstanda bu göstərici 1,78 -1,99 dollardır (3,02 – 3,38 manat).

İslandiya, Norveç, Finlandiya, Danimarkada isə qiymətlər 2,02-2,23 dollar (3,43 – 3,79 manat) arasında dəyişir.

Emilya Tağıyeva

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir