Böyrək xəstələri üçün asan tapılan sadə müalicə üsulu açıqlandı – FOTO

Maraqlı

“Dəniz məhsullarında olan “omeqa-3” yağ turşuları xroniki böyrək xəstəliklərinin inkişaf riskini azaldır”.

Elm adamlarının bu barədə araşdırmaları “The BMJ” jurnalında dərc olunub.

Tədqiqatçılar 12 ölkədən 19 tədqiqatın nəticələrini birləşdirib. Ümumilikdə təhlilə 49 yaşdan 77 yaşa qədər 25,5 min nəfərin məlumatları öyrənilib.

Tədqiqatın müəllifləri qeyd ediblər ki, nəticələr dəniz məhsulları və yağlı balıqların adekvat qəbulu üçün mövcud klinik təlimatları dəstəkləyir.

Xroniki böyrək xəstəliyi dünyada təxminən 700 milyon insanı təsir edir. Xəstəlik ölümlə nəticələnə bilər, buna görə də elm adamları onun başlanmasına və inkişafının qarşısını ala biləcək amilləri araşdırırlar.

Mənbə: Gazeta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir