Alveş həbsxanada başına dəstə yığıb futbol oynadı

Maraqlı

Zorlamada təqsirləndirilən braziliyalı futbolçu Dani Alveşin həbsxanada qalmasının təfərrüatı məlum olub.

Məlumata görə, braziliyalının adaptasiyası “nümunəvi” keçir. O, hətta bir neçə gün öncə həbsxanada digər məhbuslarla ilk oyununu keçirib.

O da bildirilir ki, Alveş əvvəldən tanıdığı braziliyalı Koutinyo ilə kameranı paylaşır. Koutinyo – “Barselona”nın keçmiş hücumçusu Ronaldinyonun mühafizəçisi işləyib.

Xatırladaq ki, Alveş yanvarın 20-də həbs edilib. Şikayətçi futbolçunun onu gecə klubunun ayaqyolunda kilidlədiyini, döydüyünü və zorladığını bildirib. Həkimlər qızda müqavimət göstərən xəsarətlərin olduğunu təsdiqləyiblər. 39 yaşlı braziliyalını 4 ildən 12 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, Alveş 43 kubokla tarixin ən titullu futbolçusudur. O, altıqat İspaniya çempionu, ikiqat Fransa çempionu, İtaliya çempionu, üç dəfə Çempionlar Liqasının, iki dəfə UEFA kubokunun, üç dəfə UEFA Superkubokunun qalibi olub. Braziliya millisinin tərkibində iki dəfə Konfederasiyalar Kubokunu (2009, 2013) və Amerika Kubokunu (2007, 2019) qazanıb, eyni zamanda Olimpiya çempionu olub.

Mənbə: La Vanguardia

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir