Fevralın 6-da Kahramanmaraşda baş verən “əsrin fəlakəti”ndən 3 gün öncə sosial media hesabından xəbərdarlıq edən zəlzələ mütəxəssisi, Frenk Hugerbets daha bir proqnozu ilə gündəmə gəlib.
“Zəlzələ kahini” ləqəbi verilən alim mart ayının ilk həftəsində yeni təbii fəlakətlər ola biləcəyini deyib. O, bunu sözügedən dövrdə Yer, Merkuri və Saturn planetlərinin yaxınlaşması ilə əlaqələndirib.
“Martın ilk həftəsi çox kritik dövrdür. Ayın 2-də 9 saat ərzində Yer də daxil olmaqla Merkuri və Saturn arasında planetar birləşmə baş verəcək. Bu çox vacibdir. Nəticədə, ayın 3-ü və ya 4-ü ərzində böyük seysmik hadisə baş verə bilər. Bu, ayın 6-dan 7-nə kimi də ola bilər. Mən şişirtmirəm, qorxu yaratmağa çalışmıram. Bu bir xəbərdarlıqdır. Çünki planet yaxınlaşmasının seysmik hadisələrə səbəb olduğu məlumdur. Biz buna ciddi yanaşmalıyıq”, – deyən “zəlzələ kahini” martın ilk həftəsi üçün proqnozlaşdırdığı zəlzələnin 7 və 8 baldan yuxarı ola biləcəyini vurğulayıb.
Mənbə: Takvim
www.RIA24.az