Meksika Prezidenti Andres Manuel Lopez Obrador sosial şəbəkə hesabından elfə bənzəyən meşə məxluqunun şəklini paylaşıb, bununla da istifadəçilərin gülüş hədəfinə çevrilib.
Kadrlarla uzun, parlaq ağ tükləri və parıldayan gözləri olan tünd rəngli məxluqun ağacda oturmuş görüntüsü əks olunub.
“Maya qatarında işlərə nəzarət edərkən çəkdiyimiz iki fotoşəkili sizinlə paylaşıram: biri üç gün əvvəl mühəndis tərəfindən çəkilib, görünür, aluksdur, digəri, Ek-Balamda möhtəşəm heykəltəraşlıq nümunəsidir və Dieqo Prieto tərəfindən çəkilib. Ətrafda hər şey mistikdir”, – deyə prezident fotoları şərh edib.
Maya mifologiyasında alukslar – kiçik, elfəbənzər canlılardır. Yucatan yarımadası və Qvatemaladan olan bəzi xalqların inanclarına görə, mifik alukslar, Avropa folklorunun elfləri və pəriləri kimi, meşələrdə və tarlalarda məskunlaşan, bəzən insanlara oyun oynayan nadinc varlıqlardır.
Obradorun tviti sosial şəbəkədə sürətlə yayılıb və istehzalara səbəb olub. Paylaşım az müddətdə 7,1 milyondan çox baxış toplayıb.
Mənbə: Gazeta.ru
www.RIA24.az