Boliviyanın şimal ərzailərində Amazon cəngəlliklərində 4 dostu ilə ova çıxan Conattan Akosta bir müddət sonra meşədə azıb və 31 gün sonra tapılıb.
Bildirilir ki, azdığının 4-cü günündə ayaq biləyini sındıran Akostanın yanında fənər və bıçaq kimi ov ləvazimatları olmayıb. Tüfəngində olan bir gülləni isə donuza bənzər pekari sürüsünü qorxutmaq üçün istifadə edib. Bundan sonra özünü qorumaq üçün çarəni yırtıcılardan gizlənməkdə görüb.
Bu müddət ərzində o, ayaqqabılarına doldurduğu yağış suyunu içməklə, həşərat və soxulcan kimi qurdlar yeməklə sağ qalıb.
Xoşbəxtlikdən axtarışlar nəticə verib, 30 yaşlı gənc bir ay sonra sağ-salamat tapılıb.
Akosta insanların onu bu qədər uzun müddət axtaracağına inana bilmədiyini deyib. 31 gün ərzində 17 kilo arıqlayan gənc yaşadığı təcrübədən sonra bir daha ovçuluq etməyəcəyini deyib.
Mənbə: Haber Global
www.RIA24.az