ABŞ 400 km məsafədəki hədəfi aşkarlayan yeni təyyarə aldı, Çin hərəkətə keçdi – FOTO/VİDEO

Maraqlı

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) yarı hücum, yarı casus təyyarə hesab olunan “E-7” erkən xəbərdarlıq və nəzarət təyyarələrini (AWACS) alacaqlar.

Yeni təyyarə “Multi-role Electronically Scanned Array” (MESA) radarı ilə təchiz olunub. “E-7” 400 kilometrə qədər məsafədə dəniz və hava hədəflərini aşkar edə bilir. Radar uzunluğu 10 metrdən çox olan korpusda yerləşir.

“E-7” elektron kəşfiyyat tapşırıqlarını yerinə yetirmək, təhlil üçün düşmən haqqında məlumat toplamaq qabiliyyətinə malikdir. Bu məlumat düşmən radar sistemlərini izləməyə və susdurmağa imkan verəcək. “E-7”lər həmçinin hədəf məlumatlarını qırıcılara və zərbə təyyarələrinə ötürə bilər.

Ekspertlərin sözlərinə görə, erkən xəbərdarlıq və nəzarət təyyarələri düşmənlə döyüşdə əsas hədəfdir, çünki onların məhv edilməsi Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətini sarsıda bilər. Çində hazırlanmış 200 kilometr mənzilli “PL-15”  hava-hava raketi də məhz AWACS təyyarələrini məhv etmək üçün nəzərdə tutulub.

Mənbə: Popular Mechanics

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir