Bu gündən etibarən bəzi “WhatsApp” istifadəçiləri hesablarını itirmək riski ilə üzləşəcəklər.
Belə ki, mesencerin rəhbərliyi müəyyən müddət ərzində aktiv olmayan şəxsi istifadəçi hesablarını silməyə başlayacaq. Əsasən 120 gün və ya daha çox aktivliyi olmayanlar risk altındadır.
Yəni bu müddət ərzində şəxsin hesabı qeyri-aktiv olarsa, o, bərpa hüququ olmadan silinəcək və orada saxlanılan bütün məlumatlara giriş itiriləcək.
“WhatsApp” tərtibatçıları bu tədbiri yaddaşın ümumi həcminə qənaət etmək zərurəti ilə izah edirlər, çünki bəzi istifadəçi məlumatları “bulud”da saxlanılır. Bundan əlavə, qeyri-aktiv hesabların silinməsi tələb olunan proqram təhlükəsizliyi səviyyəsini qorumaq və adi istifadəçilərin məlumatlarını qorumaq üçün lazımdır.
Mənbə: PRIMPRESS
www.RIA24.az