Rusiyada TrAMP pilotsuz təyyarəsinin yerüstü sınaqlarının yekun mərhələsinə başlanılıb.
İlk uçuş aprelə planlaşdırılıb.
Qeyd edək ki, TrAMP (“Transportnaya Aviatsionnaya Mnoqofunktsionalnaya Platforma”) – təyyarə tipli drondur və 250 kq-a qədər yükü 600 km-dən çox məsafəyə ötürməyə qadirdir. PUA-nın üstünlükləri arasında əlverişsiz hava şəraitində pilotlu təyyarələr üçün təhlükəli olan tapşırıqları minimum xərclə yerinə yetirmək imkanıdır. Dronun kruiz sürəti 195 km/saat, maksimum uçuş hündürlüyü 3 min metrdir. TrAMP təkcə hərbi məqsədlər üçün deyil, həm də mülki məqsədlər üçün, məsələn, geniş ərazilərin monitorinqi və ya kənd təsərrüfatında (yük bölməsində gübrə çiləyiciləri quraşdırıldıqda) istifadə edilə bilər. Bundan əlavə, drona radar, optik, kartoqrafik və digər müşahidə avadanlığı da quraşdırıla bilər.
Mənbə: “RİA Novosti” “Telegram” kanalı
www.RIA24.az