Niderlandda porsuqlar dəmiryolu relslərinin altını qazıblar, bu da iki xətt üzrə uzun müddət nəqliyyatın hərəkətinin bağlanmasına səbəb olub.
Den-Boş və Bokstel şəhərləri arasındakı xətdə hərəkət edən bütün qatarlar dayandırılıb. Ölkənin Milli Dəmiryolu Şirkəti xəttin ən azı bir həftə bağlı qalacağını bildirib.
Bildirilib ki, porsuqların aktivliyinə görə relslər bata bilər ki, bu da qatarların hərəkətinin təhlükəsizliyinə təminat vermir.
Mənbə: Associated Press
www.RIA24.az