“The Hollywood Reporter” 2023-cü ilin ən yaxşı Hollivud stilistlərinin siyahısını tərtib edib.
Müvafiq material nəşrin saytında yer alıb.
Belə ki, jurnal “The New York Times”ın keçmiş əməkdaşı, moda redaktoru Elizabet Stüartı birinci yerə qoyub. O, Culia Roberts, Keyt Blanşet, Sandra Balok, Cessika Çesteyn və Amanda Seyfried kimi məşhurlar üçün obrazlar hazırlayıb.
Bundan əlavə, siyahıya Sandra Amador, Cennifer Ostin, Ceyson Bolden, Kollin Karter, Molli Dikson və Lou Rouç kimi stilistlər daxil ediliblər.
Ledi Qaqa və stilist Sandra Amador
Ancela Basset və stilist Cennifer Ostin
Endryu Qarfild və stilist Uorren Elfi Beyker
Codi Terner-Smit və stilistlər Ueyman Bannerman (solda), Mika Makdonald
Soldan sağa: Sink, Suini və stilist Molli Dikson
Janel Mone və stilist Aleksandra Mandelkorn
Ana de Armas və stilist Samanta Makmillen
Enn Heteuey və stilist Erin Uolş
www.RIA24.az