Amerikalı milyarder və Tesla şirkətinin rəhbəri İlon Maskın hesabı “Twitter” sosial şəbəkəsində ən çox oxunan hesab olub. Biznesmen abunəçilərinin sayına görə, bu günə kimi ən çox izləyicisi olan ABŞ-nin keçmiş prezidenti Barak Obamanı ötüb.
Hazırda milyarderin 133 087 995, Obamanın isə 133 042 346 abunəçisi var. İzləyicilərinin sayı sosial şəbəkə hesablarının hər birinin əsas səhifəsində göstərilib.
Mediada bu Elon Maskın Obamanı “Twitter”də “taxtdan salma”sı kimi qiymətləndirilib.
Qeyd edək ki, Mask öz hesabından daha çox “Twitter”də baş verən müxtəlif dəyişiklikləri bildirmək üçün istifadə edir. O, həmçinin ABŞ-nin keçmiş prezidenti Donald Trampın platformaya qayıdışı və özünün “Twitter”in baş direktoru vəzifəsindən istefa verib-verməməsi kimi bəzi böyük qərarlar barədə də izləyiciləri arasında sorğu keçirir.
Obama isə öz səhifəsindən əsasən tədbirləri, xeyriyyə aksiyalarını elan etmək və ya prezident olduğu dövrün xatirələrini dərc etmək üçün istifadə edir.
Mənbə: The Verge
www.RIA24.az