Külək Bakıda binanın penoplast üzlüyünü qoparıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Belə ki, üzlüyünü küləyin qopardığı bina Xətai rayonu, Sabit Orucov küçəsi 2A ünvanında yerləşir.
Qeyd edək ki, Bakı metrosunun “Azadlıq” stansiyası yaxınlığındakı yanan binadan sonra başqa yaşayış binalarının da penoplast, poliuretan əsaslı üzlüklərini sökməyə başlamışdılar. Amma Xətai rayonu, Sabit Orucov küçəsi, 2A saylı binada bu iş yarımçıq görülüb. Sakinlər bu təhlükənin qarşısının indiyə qədər alınmadığını bildiriblər.
Həmin görüntüləri təqdim edirik:
Nəzrin Vahid
www.RIA24.az