Türkiyənin Adana şəhərində yaşayan 86 yaşlı Mustafa Göktaşın ən böyük arzusu ölməzdən əvvəl boşana bilməkdir.
Onun hekayəsini “Haber Global” təqdim edib.
Məlumata görə, o, birinci arvadı öləndən sonra qohumlarının təkidi ilə həmin vaxt 49 yaşında olan Nevin Göktaş ilə ailə qurub. Ancaq 11 il evlilikdən sonra qadın başqa bir kişiyə qoşulub qaçıb.
Yaşlı kişinin sözlərinə görə evlilik illəri ərzində həyat yoldaşı tərəfindən psixoloji zorakılığa məruz qalıb və təxminən 1 milyon türk lirəsinə yaxın zərər çəkib.
Mustafa Göktaş artıq il yarımdır ki, onu tərk edən arvadından boşanmağa çalışır. Qadın isə ayrılmayacağını deyir.
“O, mənim ölməyimi gözləyir və bütün varidatıma sahib olmaq istəyir… 1,5 ildir boşanmağa çalışıram. Başqa kişi ilə yaşayır. Mən sadəcə boşanmaq istəyirəm. Ölməzdən əvvəl istədiyim tək şey budur. Bunu qadınlara qarşı zorakılıq adlandırırlar. Mənim 86 yaşım var, onun getdiyi kişinin 45 yaşı var, bu ədalətdir? İki dəfə məni öldürməyə gəldi, qapımın arxasına qıfıl bağladım. Səlahiyyətlilərdən kömək gözləyirəm”, – deyə o bildirib.
www.RIA24.az