İspaniya vətəndaşı olan Beatris Flamini “Timecave” (“Zaman mağarası”) layihəsi çərçivəsində 500 gün mağarada qalıb və bu müddət ərzində xarici dünya ilə heç bir əlaqə saxlamayıb.
Qadın bu nəticə ilə tək qalmaq üzrə dünya rekorduna imza atıb.
Belə ki, B.Flamini 20 noyabr 2021-ci ildə Qranada əyalətində yerləşən və yer səthindən 70 metr dərinlikdə yerləşən mağaraya daxil olub.
Onun təhlükəsizliyi “Timecave” heyəti tərəfindən xüsusi kameralar vasitəsilə qorunub, qadın qida və digər lazımi vasitələrlə təmin edilib.
Mütəxəssislər qadının sosial təcrid vəziyyətində yaşadığı hissləri, onun psixoloji vəziyyətini öyrəniblər.
Mənbə: RTVE
www.RIA24.az