Tayland tədqiqat qrupu ətirli çiçəkli bitkilərin yeni növünü kəşf edib.
Bu barədə Çianmay Universitetinin Elmlər Fakültəsində çalışan tədqiqatçılar xəbər veriblər.
Onların sözlərinə görə “Anonagiller” ailəsinə aid olan bu bitki növü ölkənin cənubunda Narathiat şəhərində aşkar edilib. Komanda bitkiyə “Friesodielsia lalisae” adını verib. Bu ad Tayland əsilli “Blackpink” K-Pop qrupunun üzvü Lalisa Manobanın şərəfinə seçilib.
Tədqiqatçılar bu nadir və naməlum bitkinin təsnifatını, təkamülünü araşdırmaq, həmçinin qorumaq üçün layihəyə başlayıblar.
O da vurğulanıb ki, bitkinin nəslinin kəsilmə riski yüksəkdir.
Mənbə: Haber Global
www.RIA24.az