Türkiytənin Antalya şəhərinin Kəpəz rayonunda baş verən qəribə hadisə yerli sakinləri həyəcana salıb.
Belə ki, dağlıq ərazidə yol kənarında uzunluğu təqribən bir metr olan parça bükülü tapılıb. Onun qəribə görünüşü sakinləri şübhələndirir və onlar dərhal hüquq mühafizə orqanının əməkdaşlarına xəbər verirlər.
Hadisə yerinə xilasedicilər və polis qrupları cəlb edilib. İstintaq qrupları bükülünün yanında çanta və M.D.(20) adlı şəxsə aid vəsiqə tapırlar. Şəxsiyyət təsbit edildikdən sonra parçanın cəsədə büküldüyü şübhəsi daha da artıb.
Qruplar yenidən ətrafda araşdırma aparıblar. Çadır sistemi ilə əhatə olunmuş cinayət yerinin prokurorun nəzarəti altında açdığı parçanın içində çıxan isə polislər də daxil olmaqla ətrafda olan hər kəsi heyrətə salıb. Belə ki, bükülüdən cansız maniken çıxıb. İlkin araşdırmadan sonra parçaya bükülmüş maniken polis bölməsinə aparılıb.
Hadisə yerində tapılan şəxsiyyət vəsiqəsinin sahibinin isə narkoman olduğu öyrənilib.
Mənbə: Haber Global
www.RIA24.az