Türkiyənin Bitlis şəhərinin Ahlat rayonundakı Səlcuqlu Meydanı Qəbiristanlığı Ramazan bayramı səbəbi ilə ziyarətçilərlə dolub.
Dünyanın ən böyük Türk-İslam Qəbiristanlığı kimi tanınan Səlcuqlu Meydanı Qəbiristanlığı UNESCO-nun Dünya Mədəni İrsi İlkin Siyahısındadır.
210 hektarlıq ərazidə 8 mindən çox məzarın olduğu qəbiristanlıq Anadolunun Orxon Abidələri kimi də tanınır.
Relyefləri, oymaları, kitabələri və yazıları ilə tarixə işıq salan monumental məzar daşları ziyarətçiləri zamana səyahətə çıxarır.
Mənbə: Habertürk
www.RIA24.az