İlon Mask mavi nişanları işə saldı – FOTO

Maraqlı


“Twitter Blue”ya abunə olaraq verifikasiya prosedurundan keçən “Twitter” istifadəçiləri adi akkauntlara nisbətən üstünlük əldə ediblər.

Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkənin sahibi İlon Mask məlumat verib.

“Hazırda verifikasiyadan keçmiş hesablar prioritetdədir”, – deyə o, tvit yazıb.

Qeyd edək ki, “Twitter Blue” istifadəçilərə hesablarında mavi işarə qoymağa imkan verir. Bu adi istifadəçilərlə müqayisədə onlara müxtəlif üstünlüklər verir. Məsələn “Twitter” lentində yalnız orijinal hesablardan gələn mesajlar göstəriləcək. Bundan əlavə, abunənin sahibləri iki dəfə az reklam görəcək, öz səhifələrində daha uzun videolar yerləşdirə, yeniliklərə erkən çıxış əldə edə və sosial şəbəkə sorğularında iştirak edə biləcəklər.

Xatırladaq ki, 2022-ci ilin oktyabrın 27-də Mask “Twitter”i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Noyabrın 6-da o, “Twitter Blue” altında ödənişli verifikasiya tətbiq etmək niyyətini açıqlayıb. Bu ilin aprel ayında şirkət “Twitter Blue” abunəsi almamış istifadəçilərin hesablarından mavi işarələri silməyə başlayıb. ABŞ-də verifikasiya desktop istifadəçilər üçün ayda 8 dollar, mobil istifadəçilər üçün isə ayda 11 dollara başa gəlir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir