Çin 2024-cü ildə Ayın görünməyən tərəfinə zond göndərməyi planlaşdırır.
Bu barədə Çinin dərin kosmosun tədqiqi proqramının baş konstruktoru U Yanhua xəbər verib.
Onun sözlərinə görə, Aya doğru yola düşəcək “Çanye-6” (“Chang-e-6”) zondu ilə eyni vaxtda “Magpie Bridge 2” retranslyatoru da buraxılacaq.
O da vurğulanıb ki, Çinin sonrakı Ay proqramına “Çanye-7”nin (“Chang-e-7”) Ayın Cənub qütbünə buraxılması (2026-cı ildə) və “Çanye-8” (“Chang-e-8”) zondunun göndərilməsi (2028-ci ildə) daxildir.
Mənbə: TASS
www.RIA24.az