Yeni virus – “mirus” tapılıb – FOTO

Maraqlı


Dənizlərin və okeanların günəşlə işıqlanan səthlərində yaşayan yeni virus növü aşkar edilib. “Mirus” adlanan adlanan bu orqanizmlər “herpes” virusları ilə əlaqələndirilir.

Bu barədə “Nature” elmi jurnalında məqalə dərc olunub.

Bildirilir ki, latın dilində ecazkar və qəribə mənasını verən “mirus”lar insanlara təsir etmir. Onlar yalnız birhüceyrəli planktonu yoluxdurmağa meyllidirlər. Amma bu o deməkdir ki, herpes viruslarının əcdadları bir zamanlar dənizlərdəki təkhüceyrəli orqanizmləri də yoluxdurmuşlar.

Alimlər hesab edir ki, “mirus”un kəşfi bədənin müxtəlif yerlərində uçuq yaralarına səbəb olan “herpes” virusunun mənşəyini başa düşməyə kömək edəcək.

Məqalədə əvvəllər görülməmiş bu viruslar qrupunun son dərəcə unikal xüsusiyyətləri olduğu vurğulanıb.

“Mirus”lar əvvəllər müəyyən edilmiş bütün digər DNT virus qruplarından xeyli fərqlənir”, – deyə müəlliflər vurğulayıblar.

Tədqiqatçılar “mirus” viruslarıyla bağlı hələ çox araşdırma aparılmalı olduğunu qeyd ediblər.

Mənbə: Haber Global

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir