1970-ci illərdə çəkilən “gələcəyin ofisi” reklamı sosial şəbəkə istifadəçilərini həyəcanlandırdı – VİDEO

Maraqlı


1970-ci illərdə çəkilən “gələcəyin ofisi” reklamı internetdə qızğın mübahisələrə səbəb olub. Kadrları “u/Pasargad” ləqəbli “Reddit” istifadəçisi paylaşıb.

Videoda ofis işçisinin ofisə girməsi və kompüter arxasında əyləşməsi əks olunub. Bu vaxt ekranda salamlama mesajı görünür: “Sabahınız xeyir, Bill”.

İşçi elektron poçt qutusunu açır, məktublardan birini seçir və “Çap et” düyməsini sıxır, bundan sonra onun masasında məktubun bir neçə kağız nüsxəsi görünür. Sonra başqa bir düyməyə vurur və elektron məktub bütün şöbələrə göndərilir.

Bundan sonra ekranda ağ-qara çiçək təsviri görünür və kişinin bu gün ad günü olduğu ona xatırladılır.

“Mənim yubileyimdir, mən bunu tamamilə unutmuşdum”, – deyə işçi sevinclə bildirir.

“Hər şey qaydasındadır, axı biz sadəcə insanıq”, – deyə kompüterin cavabı görünür.

Videoya şərhində müəllif bunun ilk personal kompüter – “Xerox Alto” olduğunu bildirib:

“Bu qısa, birdəqiqəlik reklam çarxında “Xerox” gələcəyin ofisi üçün öz baxışını təqdim edir… Kadrlarda tam ekran displey, siçan, lazer printer, elektron poçtla təchiz edilmiş 1972-ci ilin “Xerox Alto”su “Ethernet” şəbəkəsinə qoşulur”.

Müəllif əlavə edir ki, bu kompüter “Apple Macintosh” və “Microsoft Windows” əməliyyat sistemləri üçün ilham mənbəyi olub.

İstifadəçilərdən biri bu reklamın onun üçün kəşf olduğunu bildirib:

“Bu, həqiqətən maraqlı məlumatdır. Bütün müddət ərzində “Apple” məni inandırıb ki, masaüstü kompüterin bazara çıxarılmasına cavabdeh (“Apple”ın həmtəsisçisi Stiv) Cobs olub”.

Digər şərhçi ekranın kağız parçasına bənzəyən düzbucaqlı formasını maraqlı hesab edib və onu günümüzün monitorları ilə müqayisə edib.

Müzakirənin digər iştirakçısı isə kompüterin ekranında görünən “biz sadəcə insanıq” ifadəsindən qorxduğunu etiraf edib.

Mənbə: Lenta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir