Yeni təqdim edilən sistemlə parollarınıza əlvida deyəcəksiniz – FOTO/VİDEO

Maraqlı


Sosial şəbəkə hesablarına girişin təhlükəsizliyi üçün parollar vacib addımlardan biridir. Lakin onları yadda saxlamaq bezdiricidir və yanlış əllərə keçmə riski hər zaman mövcuddur.

Bu səbəbdən nəhəng texnologiya şirkətləri uzun müddətdir ki, alternativ yol axtarışında idi. Belə bir imkanı “Google” təqdim edib. Şirkət keçid açarlarından istifadə edərək müxtəlif hesablardan daxil olma imkanını təqdim edib.

Bu addım gözlənildiyi kimi uğurlu olarsa, parolları həyatımızdan tamamilə siləcək təhlükəsiz yol yaradılacaq.

Keçid açarları smartfonun kilidini açdığınız kimi proqramlara və veb-saytlara daxil olmağı mümkün edir. Yəni barmaq izini skanerləməklə, sifəti müəyyən etməklə və ya ekrana PİN kodu daxil etməklə giriş mümkün olacaq. Qeyd edək ki, şifrə açarları birdəfəlik SMS doğrulama kodlarından daha təhlükəsizdir.

Nəticədə qeyri-müəyyən hərflər, rəqəmlər və durğu işarələrini yadda saxlamağa ehtiyac qalmır.

Mənbə: TRT Haber

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir