Polşa hökuməti Rusiyanın Kalininqrad şəhərinin adını rəsmi olaraq Krulevetsə dəyişib.
Müvafiq qərar Polşa Respublikasından kənarda coğrafi adların standartlaşdırılması üzrə respublikanın baş geodeziyaçısı yanında komissiya tərəfindən qəbul edilib.
Bildirilir ki, hazırda Kalininqrad adını daşıyan şəhər Polşada ənənəvi Krulevets adı ilə tanınır, indiki adı isə süni şəkildə yaradılıb, şəhərin özü, yaxud regionla əlaqəsi yoxdur.
Həmçinin qeyd edilir ki, Polşa sərhədləri yaxınlığında yerləşən şəhərin polyakları qırmağı əmr edən Mixail İvanoviç Kalininin adını daşıması ölkə sakinləri tərəfindən emosional və mənfi qəbul edilir.
Komissiya öz qərarında dövlətin mədəni irsini təşkil edən ənənəvi adlardan öz dilində istifadə etmək hüququnu vurğulayıb. Qeyd olunur ki, ölkə öz dilində qəbuledilməz adlar işlətməyə məcbur edilə bilməz.
Mənbə: Vzqlyad
www.RIA24.az