“Tərkibində triptofan, maqnezium, melatonin olan qidalar yuxuya kömək edir”.
Bu barədə rusiyalı nutrisioloq Olqa Dekker yuxusuzluqla mübarizə zamanı necə qidalanmaq lazım olduğu barədə danışarkən bildirib.
Onun sözlərinə görə, adı çəkilən maddələr tünd şokolad, banan, badam, makadamiya, kivi, nar, zoğal, üzüm, süd, kefir, qatıq və toyuq ətində var.
Diyetoloq, həmçinin yatmazdan əvvəl spirt, kofein, güclü ədviyyatlardan, yağlı, ağır, şirin və yüksəkkalorili yeməklərdən, qəlyanaltılardan uzaq durmağı məsləhət görüb.
“Düzgün qida rejiminə riayət etməyi, yatmazdan bir neçə saat əvvəl çox miqdarda yemək və içkidən uzaq durmağı tövsiyə edirəm. Bu, mədədəki yükü və yuxuya mane ola biləcək refleks, həmçinin digər həzm pozğunluqları riskini azaltmağa kömək edəcək”, – deyə Dekker sözlərini yekunlaşdırıb.
Mənbə: Gazeta.ru
www.RIA24.az