Evində kondisioner quraşdırmaq istəyən qadın divardakı ventilyasiya kanalında qorxunc rəsm aşkarlayıb.
Bu barədə “BeginningSir2984” ləqəbli “Reddit” istifadəçisi özünün sosial şəbəkə hesabından bildirib.
Paylaşımda üzərində saqqallı kişi təsviri olan portret əks olunub. Şəklə qorxunc görüntü verən isə kişinin gözlərinin yerinə qaranlıq uçurumun çəkilməsidir. Yazı müəllifi dəqiqləşdirib ki, portretin arxa tərəfində “Enerji adlı qoca” yazılıb.
Bir çox şərhçi tapıntını qorxulu hesab edib və qadına ondan qurtulmağı tövsiyə edib.
“Bu, yəqin ki, indiyə qədər gördüyüm ən qorxulu şəkildir”, – deyə şərhçilərdən biri yazıb.
Müzakirənin digər iştirakçısı isə yazı müəllifinə tablonu götürdüyü yerə qaytarmağı tövsiyə edib. Bəzi istifadəçilər isə tablonu yandırmağı məsləhət görüblər.
Mənbə: Lenta.ru
www.RIA24.az