“Qurd xəstəliyi çox geniş yayılıb”.
Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin “Instagram” səhifəsindəki canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, pediatr Erkin Rəhimov deyib.
Onun sözlərinə görə, 3-12 yaş aralığında olan uşaqlarda bu xəstəliyə daha çox rast gəlinir:
“Əsasən uşaqlar arasında bu xəstəlik 3-12 yaş aralığıdır. O da sırf ətraf mühitlə təmasda olmaları ilə əlaqəlidir. 3-dən aşağı yaşlarda bu xəstəliyə nadir hallarda yoluxma halı müşahidə oluna bilər”.
E.Rəhimov qeyd edib ki, bu xəstəliyin simptomları müxtəlifdir:
“Daha çox qarın ağrısı, halsızlıq, başgicəllənmə, iştahasızlıq müşahidə olunur. Bəzən dəridə allergik xəstəliklərə də yol aça bilər. Lakin bu, hər dəfə qurd əlaməti olmaya da bilər”.
Nəzrin Vahid
www.RIA24.az