Mask icazəni aldı: İnsanlar üzərində sınaqlar başlayır – FOTO/VİDEO

Maraqlı


Milyarder İlon Maska məxsus “Neuralink” şirkəti insanlar üzərində beyinə çiplərin implantasiyası üçün klinik sınaqlar keçirmək icazəsini ala bilib.

Bu barədə şirkətin “Twitter” səhifəsində məlumat verilib.

Bildirilir ki, müsbət qərardan sonra ABŞ Qida və Dərman Administrasiyası (FDA) klinik sınaqlar üçün könüllülərin axtarışına başlayır.

Xatırladaq ki, martın əvvəlində FDA “Neuralink”in neyroçipi insanlar üzərində sınaqdan keçirməsinə imtina edib.

2021-ci ilin aprelində “Neuralink” video oyunları oynayan çiplənmiş meymunun videosunu yayımlayıb. Mask iddia edir ki, onun texnologiyası görmə əngəlli və ya iflic olan insanlara məhdudiyyətsiz həyat yaşamağa imkan verəcək.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir