Britaniyada ingilis siyasi və dövlət xadimi, yazıçı Uinston Çörçillin yarımçıq çəkilmiş siqarı hərraca çıxarılıb.
Hərrac iyunun 16-da baş tutacaq. Lot isə 600-800 funt sterlinq (680-1,1 min dollar) dəyərində qiymətləndirilir.
Çörçill 1944-cü il avqustun 29-da Britaniyanın Mərakeşin paytaxtındakı diplomatik nümayəndəliyində onun şərəfinə təşkil edilən şam yeməyindən sonra siqarı baş konsul Hyu Stonhiver-Berdə təqdim edib. Hyu Stonhiver-Berd isə suveniri möhürlənmiş şüşə qaba qoyub. O, 1973-cü ildə 81 yaşında vəfat edənə qədər bu hədiyyəyə böyük həssaslıq və diqqətlə yanaşıb.
Mənbə: İzvestiya
www.RIA24.az