Əslində faydalı olan zərərli məhsullar – FOTO/SİYAHI

Maraqlı


Müxtəlif səbəblərdən zərərli hesab edilən məhsullar var. Ancaq düzgün istifadə və əks göstərişlərin olmaması ilə, onlar nəinki zərər verməyəcək, əksinə orqanizm üçün faydalıdır.

Bu barədə tamınmış həkim Yekaterina Serebrennikova danışıb.

Qəhvə

Qəhvə bəzi insanlara, xüsusən də ürək-damar xəstəlikləri olanlar üçün ziyanlıdır.

“Ancaq ağıllı şəkildə istehlak edildikdə, bu içki konsentrasiyanı artırır, immunitet sisteminə faydalı təsir göstərir. Antioksidantların zəngin tərkibinə görə, qəhvə immunitet sisteminə viruslarla mübarizə aparmağa kömək edir, xərçəng və ya diabet kimi xroniki xəstəliklərin riskini azaldır”, – deyə həkim bildirib.

Onun sözlərinə görə, qəhvənin tərkibində B1, B2, E və PP vitaminləri var. Tərkibindəki dəmir, kalsium və maqnezium, fosfor, kalium və natrium ilə də mineral kompleks təmsil olunur. Kofein sinir sistemini stimullaşdırır – bu yaddaşı, yaradıcı və assosiativ düşüncəni, konsentrasiyanı yaxşılaşdırır. Qəhvə həm də orqanizmdə metabolik prosesləri sürətləndirir, arıqlamağa səbəb olur.

Serebrennikovanın fikrincə, əgər həkimdən birbaşa əks göstəriş yoxdursa, o zaman səhər saatlarında bir və ya iki fincan qəhvə mütləq gümrahlıq və yaxşı əhvali-ruhiyyə ilə təmin edəcək.

Yağ

Doymuş yağ turşularının yüksək qəbulu qanda xolesterinin səviyyəsini artırır və 2-ci tip diabet, piylənmə və ürək-damar xəstəlikləri üçün risk faktorudur.

Ancaq doymuş yağ turşuları bədənin termorequlyasiyasında iştirak edir və daxili orqanların fəaliyyətinə müsbət təsir göstərir. Kərə yağı həm də uşağın gündəlik qida rasionunun vacib hissəsi olan A vitamini mənbəyidir.

Mütəxəssisin sözlərinə görə, böyüklər və uşaqlar üçün doymuş yağ turşularının qəbulu gündəlik kalori qəbulunun 10%-dən çox olmamalıdır.

Zülal

Ətin həddindən artıq istehlakı bədəndə işlənməmiş maddələrin yığılmasına səbəb olur. Bu isə bədəndə xroniki sistemli iltihabın saxlanmasına səbəb olur.

Ancaq bitki və heyvan mənşəli zülallar hər yaşda və kifayət qədər miqdarda hər kəs üçün lazımdır. Bu səbəbdən mütəxəssis yaş ötdükcə zülallı qidaları yeməyə yanaşmanı dəyişdirməyi, daha asan həzm olunan protein mənbəyi kimi ağ ətə, balıqlara keçməyi tövsiyə edir.

Kəsmik

Serebrennikova, həmçinin süd məhsulları və pendirlərdən sui-istifadədən imtina etməyi məsləhət görür – onlarda yüksək miqdarda doymuş yağ var.

Bu səbəbdən yağsız və ya az yağlı süd məhsulları istehlak etmək daha yaxşıdır.

Ancaq ekspert onların da tez-tez istifadəsinin çəki artımına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

“Məsələ burasındadır ki, azyağlı süd məhsulları yüksəkyağlı məhsullardan dad baxımından daha aşağıdır, buna görə istehsalçılar onları şirinləşdirməyə çalışırlar. Bu isə pəhrizdə sadə karbohidratların, əlavə kalorilərin gizli şəkildə artmasına və kökəlməyə səbəb olur”, – deyə ekspert əmin edir.

Mütəxəssis bununla belə, müəyyən miqdarda kəsmik və digər süd məhsullarının zülal və kalsium mənbəyi olacağını vurğulayıb.

Mənbə: Praym

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir