Massaçusets ştatının Spenser şəhərində (ABŞ) 160 illik kilsə ildırım vurması nəticəsində yanıb.
Sosial şəbəkələrdə yanğının görüntüləri paylaşılıb.
Hadisə nəticəsində zərər çəkən yoxdur.
Yanğının söndürülməsində 100-ə yaxın mütəxəssis iştirak edib. Buna baxmayaraq, alov məbədin qülləsindən birinci mərtəbəyə keçib.
Qeyd edilir ki, taxta və digər materiallardan hazırlanmış kilsə əvvəlki məbəd yandıqdan sonra 1863-cü ildə yenidən tikilmişdi. Bu ərazidə ilk məbəd 1743-cü ildə ucaldılıb.




Mənbə: Veçernyaya Moskva
www.RIA24.az