Ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson ən çox sevdiyi boks döyüşündən danışıb. Onun sözlərinə görə bu, keçmiş çempion Məhəmməd Əli və Larri Holms arasındakı görüşdür. Yarış 1980-ci il oktyabrın 2-də Paradaysda (ABŞ) baş tutub və 10-cu raundda Holmsun qələbəsi ilə başa çatıb.
Tayson bu döyüşün Əlinin karyerasında dördüncü məğlubiyyətlə nəticələndiyini xatırladıb.
“Səhəri gün müəllimim Əliyə zəng edərək soruşdum: “Niyə bu torbanın səni məğlub etməsinə icazə verdin?”, – deyə Tayson əlavə edib.
Qeyd edək ki, Məhəmməd Əli 1964-1966-cı illərdə və 1974-1978-ci illərdə ağır çəkidə dünya çempionu olub, altı dəfə ilin boksçusu seçilib. Onun hesabında 56 qələbə (37 nokautla) və beş məğlubiyyət var.
Holms Dünya Boks Şurası (WBC), Beynəlxalq Boks Federasiyası (IBF) və “The Ring”ə görə ağır çəkidə çempionluq kəmərlərinə sahib olub. Onun 69 qələbəsi (44-ü nokautla) və altı məğlubiyyəti var.
Mənbə: Lenta.ru
www.RIA24.az