Məşhur iş adamı İlon Maskın Doktor Eli David adlı bir sahibkarla “Twitter”də qısa dialoqu böyük səs-küyə səbəb olub.
Belə ki, Doktor Eli David İlona Maska “Bill Qeytsdən ÜST-ni (Ümumdünya Səhiyyə Təşkilatı) satın ala bilərsənmi?”, – deyə sual ünvanlayıb. Mask isə cavabında təşkilatın dəyəri ilə maraqlanıb. “Neçəyə başa gəlir?”, – deyə soruşub.
“ÜST-nin illik büdcəsi 7 milyard dollardır, illik zərəri isə 700 milyard dollardan çoxdur”, – deyə Doktor David Maskın sualını cavablayıb.
Bu dialoq istifadəçilərə 2017-ci ildə İlon Maskın “Twitter”i satın alması ilə bağlı danışmasını xatırladıb. Çünki axırıncı dəfə belə söhbətdən sonra dünya “Twitter” razılaşmasından xəbər tutub.
“Milyarder İlon Maskın arzular siyahısında növbəti böyük hədəfi ÜST-dir?”, – deyə “Twitter” istifadəçiləri müzakirələr aparıblar.
Maskın izləyiciləri dərhal onun bu paylaşımına reaksiya veriblər.
“Düşünürəm ki, planetin ən zəngin insanı adını alan İlon maaş aldığımız gün bizim hiss etdiyimizi hiss edir və düşünür ki, özünə bahalı hədiyyələr almalıdır”, – deyə istifadəçilərdən biri yazıb.
“Budur, yenə başladı”, – deyə digər bir istifadəçi 2017-ci ildə Deyv Smit və İlon Mask arasındakı dialoqun skrinşotunu paylaşıb.
Bir neçə “Twitter” istifadəçisi hətta “Twitter”in ÜST-ni ələ keçirəcəyini görüb-görməyəcəkləri ilə bağlı sorğu başladıb. 69 faiz “hə” cavabını verib, 31 faiz isə “yox” deyib.
“Əminəm ki, İlonun cavabından sonra qiymət xeyli artıb”, – deyə digər istifadəçi yazıb.
“Hazırda real dəyər 1 dollardır. Amma siz onu 50% endirimlə ala bilərsiniz”, – deyə növbəti istifadəçi qeyd edib.
Mənbə: Ndtv.com
www.RIA24.az