“18-65 yaş kateqoriyasına daxil olan şəxslər qan verə bilərlər”.
Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında canlı yayımın qonağı olan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova deyib.
Onun sözlərinə görə, fiziki sağlam olan şəxslər qan donoru ola bilərlər:
“Qan donoru olan şəxslər normal qida qəbul etməlidirlər. Donor olmaq niyyəti olan şəxs bir gün öncədən alkoqol qəbul etməməlidirlər. Bu kimi qaydalara əməl etmək lazımdır. Qidasını, mayesini düzgün qəbul edəndən sonra donor ola bilərlər”.
Nəzrin Vahid
www.RIA24.az