“Qan donorluğu bir çox xəstəliklərin qarşısını alır”.
Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında canlı yayımın qonağı olan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova deyib.
Onun sözlərinə görə, qan hüceyrələri sümük iliyinə sintez olunur:
“Qan və qan komponentlərini aptekdən əldə edə bilmirik. Bu işdə insana ehtiyac duyulur. Qan donorluğu faydalı prosesdir. Qan hüceyrələri daim yenilənir. Kişilərdə 3, qadınlarda isə 4 aya hüceyrələr yenilənir. Bir çox xəstəliklərin qarşısı alınır. İstər tibbi, istərsə də mənəvi baxımdan böyük addımdır”.
Nəzrin Vahid
www.RIA24.az