Pirallahı Sənaye Parkında Tailand-Azərbaycan birgə müəssisəsi yaradılacaq

Maraqlı


Pirallahı Sənaye Parkının yeni qeydiyyata alınmış rezidenti tərəfindən 8,3 milyon manat investisiyanın yatırılması ilə 56 nəfər daimi işlə təmin ediləcək.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) verilən məlumata görə, Agentliyin idarəçiliyində olan Pirallahı Sənaye Parkında yeni rezident – “Supreme Pharmatech Azerbaijan” MMC qeydiyyata alınıb, bununla da Sənaye Parkının rezidentlərinin sayı 6-ya çatıb.

Tailand-Azərbaycan birgə şirkəti olan “Supreme Pharmatech Azerbaijan” MMC tərəfindən Sənaye Parkının 2,5 hektar ərazisində bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək. İnvestisiya həcmi 8,3 milyon manat təşkil edən müəssisədə 56 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, “Made In Azerbaijan” brendi altında ixracı da planlaşdırılır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir