Zukerberq Maskın qovduğu işçilərdən komanda yığdı, məhkəmə olacaq

Maraqlı


“Twitter” “Meta” korporasiyasını “Threads” sosial şəbəkəsini işə saldığı üçün məhkəməyə verə bilər. “Twitter” hüquqşünası Aleks Spiro bununla bağlı artıq “Meta”ya məktub yollayıb.

O, “Meta” şirkətini “Twitter”in ticari sirlərinə və digər yüksək həssas məlumatlara çıxışı olan və olmaqda davam edən işçiləri cəlb etməkdə ittiham edib. Hüquqşünasın sözlərinə görə, bu işçilərə “Twitter”in intellektual mülkiyyətindən istifadə etməklə “Threads” tətbiqini yaratmaq tapşırılıb, bu isə qanun pozuntusudur.

O, həmçinin əlavə edib ki, “Twitter” “Meta” şirkəti tərəfindən intellektual mülkiyyətindən istifadəyə qarşı məhkəmə qadağası tələb edəcək.

“Meta”dakı mənbə ittihamları əsassız adlandıraraq bildirib ki, Mark Zukerberqin sosial şəbəkəsinin yaradılmasında iştirak edən tərtibatçılardan heç biri əvvəllər İlon Maskın şirkətində (“Twitter”də) işləməyib.

Qeyd edək ki, iyulun 6-da istifadəyə verilən “Threads” mikrobloq tətbiqi Rusiya, Britaniya və ABŞ “App Store”unda birinci yeri tutub. “Meta”nın yaradıcısı Mark Zukerberq bildirib ki, artıq 30 milyondan çox insan proqrama qoşulub.

Mənbə: RTVİ

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir