Zukerberq 30 milyon istifadəçini tora saldı: “Instagram” hesabları təhlükədə

Maraqlı


“Threads” tətbiqinə qoşulan istifadəçilər öz profillərini ancaq “Instagram” sosial şəbəkəsində hesablarını sildikdən sonra ləğv edə bilərlər.

Oxu.Az-ın məlumatına görə, bu barədə şirkətin saytında xəbər verilib.

“Siz istənilən vaxt “Threads” profilinizi deaktiv edə bilərsiniz, silmək üçün isə “Instagram” hesabınızı silməlisiniz”, – deyə məlumatda vurğulanıb.

Həmçinin “Threads” tezliklə üçüncü tərəf xidmətləri ilə inteqrasiya edəcək. Bu, istifadəçilərə məzmuna baxmaq, həmçinin onunla paylaşmaq, insanlara abunə olmaq və digər xidmətlərin abunəçilərini cəlb etmək imkanı verəcək.

O da bildirilir ki, “Meta” “Threads” profil məlumatlarını toplayır, tətbiqdə və korporasiyanın digər məhsullarında bütün fəaliyyətini izləyir, həmçinin istifadəçinin əlaqə saxladığı, qarşılıqlı əlaqədə olduğu  abunəçilər, istifadəçilər və icmalar haqqında məlumat toplayır.

Bundan əlavə, sosial şəbəkə istifadə olunan müxtəlif qurğulardan cihazların özləri və necə istifadə edildiyini öyrənir.

Qeyd edək ki, “Threads” iyulun 6-da istifadəyə verilib. “Meta”nın yaradıcısı Mark Zukerberq bildirib ki, yeni sosial şəbəkənin artıq 30 milyondan çox üzvü var.

Onu da bildirək ki, “Twitter” “Meta” korporasiyasını “Threads” sosial şəbəkəsini işə saldığı üçün məhkəməyə verə bilər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir