Xəyanəti bağışlamırlar və boşanma tələb edirlər: Quşların sevgisi haqqında heyrətamiz faktlar – FOTO

Maraqlı


Çin və Almaniyadan olan ornitoloqlar 200-dən çox quş növünün davranışını təhlil edərək sensasiyalı açıqlamalar veriblər. Məlum olub ki, quşlar arasında “uzaq məsafədən sevgini” dəstəkləməyənlər və “xəyanəti bağışlamayanlar” var, dişi quş buna görə öz cütündən ayrıla bilər.

Elm adamlarının sözlərinə görə, monoqam quşların 90%-i ən azı bir cütləşmə mövsümü üçün bir quşla yaşayır. Bunlar arasında “nümunəvi ailə başçısı” roluna tab gətirməyib, hələ də “başqalarına baxanlar” da olur. Belə olanda öz yuvasına gedən yol onun üçün əbədi olaraq bağlanır.

Alimlər “xəyanət”in daha çox erkəklərdə müşahidə olunduğunu vurğulayıblar. Onlar bildiriblər ki, bu “xəyanəti” aşkar edən dişi erkəyi “bağışlamır” və “xəyanətkarı” özündən uzaqlaşdıraraq “boşanır”.

Ən maraqlısı isə, dişilərin “xəyanətinə” belə cavab verilmir, onlara olar.

Alimlər həmçinin daha uzun miqrasiya məsafəsi olan növlərin ayrılma nisbətinin daha yüksək olduğunu aşkar ediblər.

Mənbə: The Guardian

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir