Bu həftənin temperatur göstəriciləri ən azı yüz min ilin ən istisi olub.
Bu barədə Vudvel İqlim Tədqiqatları Mərkəzinin baş elmi işçisi Cenifer Frensis xəbər verib.
ABŞ-nin Ətraf Mühitin Proqnozlaşdırılması üzrə Milli Mərkəzi öz növbəsində Yer kürəsində orta temperaturun tarixi maksimumunu yenilədiyini vurğulayıb.
“Bazar ertəsi (3 iyul – red.) qlobal orta temperatur müsbət 17,01 dərəcəyə çatıb ki, bu da 1979-cu ildən bəri ən yüksək göstəricidir. Çərşənbə axşamı (4 iyul – red.) daha da yüksələrək müsbət 17,18 dərəcəyə çatıb, qlobal temperatur saxlanılıb. Çərşənbə günü (iyulun 5-də – red.) bu, rekord həddə çatıb. İyulun 6-na orta temperatur daha da yüksəlib və müsbət 17,23 dərəcə olub”, – deyə mərkəzdən qeyd olunub.
Mənbə: İzvestiya
www.RIA24.az