Ağalının toy-büsatlı günləri: Uzun illər sonra kənddə ilk nişan mərasimi – FOTO/VİDEO

Maraqlı


Uzun illərdən sonra işğaldan azad olunan və qısa müddətdə yenidən qurulan Zəngilan rayonunun Ağalı kəndində nişan mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 30 ildən sonra Ağalıdakı ilk nişan mərasimi Məmmədovlar ailəsinə nəsib olub.

Sumqayıt şəhərindən olan Dünyamalıyevlər ailəsi el adəti ilə Ağalıya, Məmmədovlar ailəsinə elçi gəliblər. Beləliklə, valideynlərin də xeyir-duasını alan Rüfət və Arzu üçün nişan mərasimi qurulub və yeni ailənin təməli qoyulub.

Qeyd edək ki, nişan mərasimi Ağalı kəndinin mərkəzində yerləşən şənlik evində keçirilib. İki gəncin sevincli günündə ailələri ilə bərabər, Şərqi Zəngəzur İqtisadi Rayonu üzrə Xüsusi Nümayəndəliyin əməkdaşları, kənd sakinləri də iştirak ediblər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir